Rouz Hanberi Keyt Middltonun əri Şahzadə Uilyam ilə münasibətdə olması ilə bağlı yayılan şayiələri qətiyyətlə təkzib edib.
Publika.az xəbər verir ki,yanvar ayında əməliyyat olunduqdan sonra bir müddət görünməyən Keyt Middltonun yoxluğu bir sıra şaiyələrə səbəb olub. Həyat yoldaşı Şahzadə Uilyamın ona Ledi Rouz Hanberilə xəyanət etməsi xəbəri böyük səs-küyə səbəb olub.
Yayılan söz-söhbətlərlə bağlı Ledi Rouz Hanberi açıqlama verib və deyilənlərin heç birinin həqiqətə uyğun olmadığını bildirib: Tamamilə yalandır".
Qeyd edək ki, Şahzadə Uilyamın Ledi Rouz Hanberi ilə qeyri-qanuni münasibətdə olması ilə bağlı yayılan şayiələrdən sonra cütlüyün boşanma ərəfəsində olduğu deyilirdi. Uzun müddətdir görünməyən Keyt Middltonun xəyanətdən xəbər tutduğu və boşanma hazırlığına başladığı vurğulanırdı. Gəzən söz-söhbətlərə görə Keyt boşanmanı mümkün qədər tez ictimaiyyətə çatdırmaq istəyib. Gəzən şaiyələri ört-basdır etmək üçün onun anidən əməliyyat olunması xəbəri yayılıb.
Britaniyanın “The Sun” qəzetində çıxan xəbərə görə, Uels şahzadəsi şənbə gününü əri Şahzadə Uilyamla evinin yaxınlığındakı qəsəbədə alış-veriş edib. Hadisə şahidi qəzetə "Bütün dedi-qodulara baxmayaraq, qarşımda məşhur cütlüyü görəndə donub qaldım. Keyt Uilyamla alış-veriş edirdi, xoşbəxt və yaxşı görünürdü" deyib.
Cəmilə