29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Musiqiçinin sifarişi ilə hazırlanan avtomobil satışa çıxarıldı

21 fev 2024 23:00
GÜNDƏM
ads
Advertisement

“The Beatles” qrupunun üzvü, əfsanəvi musiqiçi Con Lennonun sifarişi ilə 1970-ci illərin əvvəllərində hazırlanan “Mercedes-Benz 600 Pullman” limuzini satışa çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə avtomobili hərraca çıxaran Britaniyanın “Tom Hartley Jnr” şirkətindən xəbər verilib.

Bildirilir ki, belə sağ sükanlı “Mercedes-Benz” limuzinlərdən cəmi 39 ədəd istehsal edilib, lakin Lennonun istəyi ilə bu modeldə “Blaupunkt” radiosu, “Pioneer” maqnitofonu, “Philips-Mignon” pleyeri və bir neçə səsgücləndiricidən ibarət təkmilləşdirilmiş audiosistemi əlavə edilib.

Lennon bu avtomobili ABŞ-yə köçdükdən sonra alıb, 1974-cü ildə isə avtomobil ifaçının “The Beatles” qrupundan həmkarı Corc Harrisona keçib.

Avtomobil daha sonra “The Supremes”dən Meri Uilsona məxsus olub, o, maşını ABŞ və Böyük Britaniyada qastrol səfərlərində sürüb.

1990-cı illərdə “Mercedes-Benz” limuzini Uilsondan alıb və onu tamamilə bərpa edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur