07.04.25 | Bakı 11.03° C |
21:55:41
Lent :

Atası Vüqar Biləcəridən danışıb ağladı: "15 dəqiqə sonra zəng gəldi ki..."

11 iyn 2024 20:00
GÜNDƏM
ads
Advertisement

"Baku" TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.

Publika.az xəbər verir ki, verilişin budəfəki sayında Vüqar Biləcərinin atası Zakir Paşayevlə birlikdə mərhum meyxanaçının məzarı ziyarət olunub.

Oğlu ilə bağlı xatirələrindən danışan Z.Paşayev bildirib ki, Vüqarın meyxanaçı olmasına qarşı olub:

"Meyxana dediyinə görə onu danlayırdım. Anasına deyirmiş ki, atam bir də görəcək, artıq televiziyadayam. Bir gün evdə oturmuşduq. Dedilər ki, Vüqar sabah axşam "De, gəlsin"də meyxana deyəcək".

Meyxanaçının atasının sözlərinə görə, oğlunun ölümündən sonra şəkər xəstəliyinə tutulub.

"Xəstəliyə görə ayaq barmaqlarım kəsildi. Gözümün də biri şəkərə görə yaxşı görmür. Vüqar evimin yaraşığı idi", - deyə o söyləyib.

Z.Paşayev Vüqar Biləcərinin ölüm anından da danışıb:

"Halını soruşmaq üçün zəng etdim. Dedilər, yaxşıdır, oturub çay içir. Sonra tibb bacısı deyib ki, içəri keçmək lazımdır, yoxsa mənə söz gələcək. 15 dəqiqə sonra zəng gəldi ki, Vüqar rəhmətə gedib".

Ətraflı süjetdə:


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur