31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Bayden bu layihəyə veto qoyacaq

06 fev 2024 01:00
GÜNDƏM
ads

ABŞ prezidenti Cozef Bayden İsrailə yardım ayrılması ilə bağlı qanun layihəsinə veto qoyacaq.

Bu barədə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin yaydığı yazılı bəyanatda deyilir.

“Əgər bu qanun layihəsi Prezidentə təqdim edilsəydi, o, ona veto qoyardı. Administrasiya Konqresin hər iki palatasını bu siyasi hiyləni rədd etməyə və bunun əvəzinə əlavə milli təhlükəsizlik maliyyəsi təmin etmək üçün tez bir zamanda Prezidentin masasına ikipartiyalı qanun layihəsi göndərməyə çağırır.

Amerika administrasiyası belə bir qanun layihəsinə qətiyyətlə qarşı çıxır, çünki o, sərhədi qorumaq üçün heç bir iş görmür və ya Ukraynanı dəstəkləmir”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, bir qrup ABŞ konqresmeni Ukraynaya əlavə dəstək vermədən İsrailə 17,6 milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsi təqdim edib. Nümayəndələr Palatasının spikeri Mayk Conson qanunvericilərin bu həftə təşəbbüsə səs verəcəyini söyləyib.(Report.az)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur