İsrail ordusu Livanın Əl-Bəzuriyə bölgəsində həyata keçirilən hava hücumu nəticəsində “Hizbullah” hərəkatının raket qüvvələrinin komandir müavini Əli Abed Əl-Həssən Naimin məhv edildiyini bildirib.
Publika.az xəbər verir ki, öldürülən şəxs mühüm bilik mənbəyi və raket sahəsində lider olub.
Bundan başqa, o, İsrail mülki əhalisinə hücumların planlaşdırılmasında iştirak edib.