"Sportinq"in baş məşqçisi Ruben Amorim "Liverpul"un baş məşqçisi vəzifəsinə əsas namizəddir.
Publika.az xəbər verir ki, insayder Fabrizio Romanonun sosial şəbəkələrdə yazdığına görə, İngiltərə klubuna artıq 39 yaşlı portuqaliyalının müqaviləsində nəzərdə tutulan təzminat məbləği barədə məlumat verilib.
Söhbət 15 milyon avrodan gedir. "Qırmızılar" bu vəsaiti ödəməyə hazırdır.
Qeyd edək ki, Mersisaydlılara rəhbərlik edən Yurgen Klopp bu mövsümün sonunda klubu tərk edəcək. Buna görə "Livepul" baş məşqçi axtarışındadır.
Heybət