29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

İranda niyə azərbaycanlı prezident oldu və nələr dəyişə bilər?

06 iyl 2024 14:00
GÜNDƏM
ads
Advertisement

İranda Məsud Pezeşkianın prezident seçilməsindən sonra böyük gözləntilər ortaya çıxıb: ölkəyə türk hakimiyyətinin rəhbərlik etməsi, rejimin yumşalması, azərbaycanlıların milli haqlarının tanınması və s;

Azərbaycanlı Pezeşkianın seçki kampaniyasında verdiyi mesajlar da bu gözləntiləri artırır, hərçənd, İranda seçki prosesinin bu yöndə inkişafına rejimin şərait yaratdığı ehtimalı daha çoxdur. Pezeşkianın nüfuzu kifayət qədər idi, rejim sadəcə seçki prosesinə müdaxilə etmədi və görünür, islahatçı azərbaycanlının ölkəyə rəhbərlik etməsi dini liderin mühafizəkar kölgəsinə sığınmış rejimin də marağındadır.

Birincisi, bu seçki İran əhalisi üçün böyük ümidlər yaradıb: seçkiyə böyük müdaxilənin edilməməsi, səslərin sayım prosesinin canlı yayımlanması rejimin imicini müəyyən qədər düzəltməklə yanaşı, əhalinin ötən il Məhsa Əminin ölümündən sonra tavana çıxan “qəzəb barometrinin” şkalasını da müəyyən qədər aşağı endirməyə zəmin yarada bilər;

İkincisi, islahatçı Pezeşkianın pezidentliyi İran rejiminin “hədəfdən yayınma” siyasəti üçün sərfəli ola bilər: son aksiyalardan sonra daxili ictimai rəydə “xilas yolunun rejimin dəyişdirilməsi” fikri güclənmişdi, rejim bu mənzərəni dəyişdirə, yaxud yumşalda biləcək və zamanla mühafizəkarların “imic təzələməsi” üçün Pezeşkianın “günah keçisi” ediləcəyi də istisna edilməməlidir;

Üçüncüsü və İran üçün ən vacib məqam etnik parçalanma perspektivinin qarşısının Pezeşkian üzərindən alınması, yaxud bu prosesdə zaman qazanmaqdır: Pezeşkian bütün etniklər tərəfindən rəğbətlə qarşılanırdı, onun prezident olması da bütün etnik qruplarda “İran hamımızın ölkəsidir” kimi ümidlər yaradır;

İran rejimi üçün mövcud vəziyyətdə azərbaycanlı və islahatçı olan Pezeşkian “xilas yolu” kimi görünür, lakin bu rejimin ümumi mahiyyətinin dəyişməsi demək deyil. Sadəcə olaraq, rejimin qorunub saxlanılması və ağrısız ötürülməsi üçün müəyyən yumşalmaların olacağı gözləntisi var.

Asif Nərimanlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur