Klerikal-feodal elitasına deyirəm: siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz, sadəcə olaraq gücsüzsünüz.
Publika.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasında iyunun 13-də Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü il büdcəsinin icrasının müzakirəsi zamanı deyib.
“Gəldilər, Ermənistanda hakimiyyət dəyişikliyi etmək istəyirlər ki, Qarabağı təslim etdikləri kimi, Ermənistanı da KTMT-yə təslim etsinlər. Amma mən klerikal-feodal elitaya açıq şəkildə demək istəyirəm: siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz, sadəcə olaraq gücsüzsünüz”, - Paşinyan bildirib.
Onun fikrincə, müxalifət xalqdan doğan, xalqdan qidalanan legitimlik qarşısında sadəcə acizdir.
“Yalnız xalq Ermənistanda hakimiyyəti istədiyi vaxt dəyişə bilər. İstəsə, edəcək, istəməsə, etməyəcək”, - deyə baş nazir yekunlaşdırıb.
Tural