Qazaxıstan hakimiyyəti Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq.
Publika.az xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.
“Biz indi Azərbaycan və Ermənistandakı həmkarlarımızla təmasdayıq, danışıqlar yalnız tərəflər arasında aparılacaq”, - Smadiyarov bildirib.
XIN nümayəndəsi xatırladıb ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana və Ermənistana son səfərləri zamanı bu ölkələr arasında möhkəm uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini qeyd edib. Tokayev həmçinin Qazaxıstanın Bakı və İrəvan arasında danışıqlar üçün platforma yaratmaqla yardım göstərməyə hazır olduğunu açıqlayıb.
Bundan əvvəl Almatıda Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşünün planlaşdırıldığı ilə bağlı məlumat yayılıb. Lakin görüşün vaxtı hələ açıqlanmayıb.
Akqabay