Meksikanın Miçoakan əyalətində gizli çuxurda aparılan qazıntılar nəticəsində 132 nəfərin sümükləri aşkar edilib.
Publika.az xəbər verir ki, əyalətin Takambaro qəsəbəsindəki çöllük ərazidə qazıntı işləri aparılıb. Nəticədə gizli çuxurdan 132 nəfərə məxsus sümüklər çıxarılaraq məhkəmə tibbi ekspertiza mərkəzinə aparılıb.
Hazırda onların şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə iş gedir.
Prokurorluq yaydığı açıqlamada bildirib ki, ərazidə qazıntı işləri davam etdiriləcək.
Aysel Şahmar