Türkiyədə elektrik sobası ailə faciəsinə səbəb olub.
Publika.az "Trthaber"ə istinadən xəbər verir ki, hadisə ötən gün, Adana şəhərində baş verib.
Fərdi yaşayış evində elektrik sobasının aşması nəticəsində baş verən yanğında ata, ana, və iki yaşındakı əkizlərdən biri yanaraq ölüb. Evdə olan digər azyaşlı xəstəxanaya çatdırılsa da onun da həyatını xilas etmək mümkün olmayıb.
Verilən məlumata görə, 4 övladı olan Ləmbə cütlüyünün qızı və digər oğlu yanğın baş verən zaman qonşuluqda yaşayan nənələrinin yanında olub.