29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Erməni lobbisinin sanksiya planı: Taytus və dəstəsinin əsas hədəfi nədir?

23 apr 2024 13:00
GÜNDƏM
ads
Advertisement

Dünən “ABŞ Konqresindəki mənbələrə” istinadən məlumat yayıldı ki, Dina Titus (Taytus) başda olmaqla, bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. “Bu qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan" 40-dan çox Azərbaycan məmuruna - hərbçilərə, hakimlərə, müstəntiqlərə və yüksək vəzifəli şəxslərə qarşı sanksiyalar nəzərdə tutulur”-deyə bildirilirdi.

Xəbərə görə, qanun layihəsinin qəbul edilməsi "Azərbaycanda hökumətin müxalifətə qarşı sərt repressiyaları və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqla" izah olunur. “Qanun layihəsində həmçinin erməni əsirlərin hüquqlarının pozulduğu deyilir. Bu, Azərbaycan hökumətinin insan hüquqlarına sadiqliyi və ədalətli və möhkəm sülh haqqında danışıqlar aparmaq qabiliyyətini ciddi sual altına qoyur", - deyə bildirilir.

Bu ton, xəbərin belə əsaslandırma ilə təqdimatı dünən və bu gün bir çox paylaşımlarda təkrarlanır. Halbuki sənəd insan haqları mövzusundan uzaqdır, sırf Qarabağ savaşına görə Azərbaycanı cəzalandırmaq məqsədilə hazırlanıb.

Nəyə əsasən bu qənaətə gəlirik?

Əvvələn, “Azərbaycanda Sanksiyalara Baxış Aktı" adlandırılan sənəd barədə ilk dəfə ötən həftə Konqresdə Amerika Erməni Milli Assambleyasının (ANCA) dəstəyilə keçirilmiş "erməni soyqırımının" anım mərasimində məlumat verilib. Sənədin müəllifi Taytus və onun başçılıq etdiyi qanunvericilər qrupudur. 1950-ci il təvəllüdlü Taytus ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvüdür. Anası etnik yunandır, özü də yunan kilsəsinin məsubudur. Türkofob, anti-Azərbaycan baxışları ilə tanınır. O, hələ II Qarabağ savaşının gedişində- 2020-ci il oktyabrın 1-də dövlət katibi Mayk Pompeoya Azərbaycanın “Dağlıq Qarabağ anklavına qarşı hücum əməliyyatlarını” pisləyən məktub yazması ilə yadda qalmışdı.

İkincisi, Yeni hazırlanmış sənəd layihəsində də 2-ci Qarabağ Müharibəsində döyüşlərdə iştirak edən hərbçilər və güc qurumlarının rəhbərləri hədəfə alınır.

Beləliklə, xəbər servis edilərkən Azərbaycan ictimaiyyətinə iki yanıldıcı istiqamət verilib:

Birinci yalan: Erməni lobbisinin təşkil etdiyi tədbirdə elan olunmuş sənəd layihəsi haqda xəbər Konqresdəki mənbələrə istinadən əldə edilmiş eksklüziv məlumat elan edilib, məqsəd sənədin erməni lobbisi tərəfindən hazırlandığını gizlətməkdir. \

İkinci yalan: Qarabağ savaşındakı qələbəyə görə cəza təşəbbüsü “Azərbaycanda hökumətin müxalifətə qarşı sərt repressiyaları və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqdan" irəli gəldiyi iddia edilib.

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və işğal altındakı 4 kəndimizin qaytarılması barədə razılaşma əldə edilir, rus sülhməramlılarının Azərbaycanı tərk etməsi haqda məlumat verilir. Hər iki xəbər Qərb qurumları tərəfindən təqdirlə qarşılanır. Və bu zaman bəlli olur ki, erməni lobbisinin təhriki ilə sülh prosesini pozmağa yönəlmiş addım atılıb- Konqresə təqdim olunan sənəddə “Azərbaycan hökumətinin erməni əsrilərlə davranışı” pislənir, “ədalətli və möhkəm sülh danışıqları aparmaq qabiliyyəti” ciddi sual altına alınır. Başqa sözlə, məhz sülh prosesi hədəfə alınıb.

Təşəbbüsün zamanı ilə bağlı daha iki məqam var. ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində erməni qadın Elen Asatryan mer seçilib. Həmin şəhər ABŞ ermənilərinin ən sıx məskunlaşdığı yerdir. Əvvəllər də Kaliforniya, xüsusən Qlendeyl erməniləri ABŞ seçkilərinə xüsusi təsir edə bilirdilər. İndi şəhərin merinin ilk dəfə erməni seçilməsi bu təsir imkanlarını daha da artırır. ABŞ-dakı erməni diasporu Paşinyanın sülh təşəbbüslərini bölüşmür, hazırlanmış sənəd isə məhz sülh prosesini pozmağa yönəlib.

D Taytusa gəlincə, erməni lobbisinin maraqlarına xidmət etməklə yanaşı anti-Azərbaycan və ya anti-Türkiyə təşəbbüslərinin tarixləri bir qayda olaraq Türkiyə-Yunanıstan münasibətlərindəki gərginliklərlə də üst-üstə düşür.2021-ci ildə boz qurdlarla bağlı qanunverici təşəbbüslə çıxış edəndə Yunanıstan-Türkiyə əlaqələrində bir gərginlik var idi. Hazırda isə Şimali Türk Respublikası dövlət başçısının Azərbaycana səfəri gözlənilir. Yəni yunan lobbisi erməni maraqlarını ifadə etməklə yanaşı Yunanıstanın və Cənubi Kiprin maraqlarını da öndə tutur.

Xatırladaq ki, hələ 2021-ci il sentyabrında Dina Taytus ANCA-nın təhrikilə anti-türk əleyhinə qanunvericilik təşəbbüsü qaldırmışdı. Təklif etdiyi 579 saylı düzəlişdə dövlət katibindən Boz Qurdların (Bozkurtlar ve Ülkü Ocakları) Amerika Birləşmiş Ştatları, müttəfiqləri və beynəlxalq tərəfdaşların maraqlarına qarşı fəaliyyəti, o cümlədən xarici terror təşkilatlarının tanınması meyarlarına yenidən baxılması tələb olunurdu.

O zaman ABŞ-ın Nümayəndələr Palatasında Azərbaycanla əlaqədar 8 düzəliş təklif olunurdu. Konqresmenlər Toni Kardenas, Adam Şiff və Bred Şerman tərəfindən hazırlanan düzəlişdə “Azərbaycandan erməni müharibə əsirlərinin dərhal buraxması, habelə 2020-ci il Qarabağ müharibəsi zamanı Türkiyə dronlarında ABŞ texnologiyasından istifadə edilməsinin araşdırılmasına” çağırılırdı. ANCA Azərbaycana hərbi yardımın dayandırlması üçün kampaniya aparır, əlavə olaraq Boz qurdlar, Ülkü Ocaqları kimi təşkilatlarını terror təşkilatı elan edilməsini, Dağlıq Qarabağa birbaşa humanitar yardımların artırılmasını təklif edirdi. 2021-ci ildə elan edilmiş məqsədlərin bəzisinə nail olunub. D.Tatyusun növbəti sənəd layihəsi o hədəflərin yerinə yetirilməsi istiqamətində növbəti mərhələdir.

Cəmaləddin Quliyev, siyasi ekspert


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur