Pakistanda zəvvarların avtobusu aşıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, qəza Pəncab əyalətində baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Qəzaya səbəb avtobus sürücüsünün yuxuya gedib və idarəetməni itirməsi olduğu bildirilir. Yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğundan ölənlərin sayı arta bilər.
Polis yaralanan sürücünün səyahətə başlamazdan əvvəl narkotik vasitə istifadə etdiyindən şübhələnir. Onun qanı analiz üçün göndərilib.
Milli.Az