İran Xarici İşlər Nazirliyi vasitəsi ilə ölkəmizdən tələb olunan gecə görmə qabiliyyətinə malik “Cougar” tipli axtarış-xilasetmə helikopteri və "Akıncı" tipli PUA İrana göndərilib.
Publika.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
"Bölgəyə çatmaq üçün Van və Ərzurumdakı vilayət şöbələrimizdən 32 alpinist axtarış-xilasetmə personalı və 6 nəqliyyat vasitəsi göndərildi.
Bundan əlavə, Ankara, Diyarbəkir və Konyadan olan 15 nəfərlik alpinist axtarış-xilasetmə heyətimiz də hazır vəziyyətdədir. Hadisələri izləyirik", - AFAD-dan bildirilib.
22:48
Türkiyə ölkə prezidenti Seyid İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin axtarışı üçün İrana 32 alpinist göndərib.
QÜTB.AZ xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Belə bir yardımın Tehrandan istəndiyi vurğulanır .