Sarıbaş kəndi-Vaydərəsuçay marşrutu üzrə qarölçmə işləri aparılıb.
Publika.az xəbər verir ki, növbəti qarölçmə işləri Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən 12 mart 2024-cü il tarixində Qax rayonunun yüksək dağlıq ərazisində, Kürmükçayın hövzəsində (dəniz səviyyəsindən 1700-2050 m yüksəklikdə), Sarıbaş kəndi-Vaydərəsuçay marşrutu üzrə müxtəlif hündürlüklərdə aparılıb.
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda qarölçmə işləri Şəki rayonunun yüksək dağlıq ərazilərində, Kişcayın hövzəsində davam edir.