Bu il yanvarın sonunda federal büdcənin neft və qaz satışından əldə edilən gəlirləri 675,2 milyard rubl təşkil edib ki, bu da baza səviyyəsindən 37,5 milyard azdır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, ötən ay neft və qaz gəlirlərinin gözlənilən səviyyəsindən kənarlaşma mənfi 122,2 milyard rubl təşkil edib. Maliyyə departamenti belə göstəricilərin ixracın fiziki həcminin azalması ilə əlaqədar olduğunu açıqlayıb.
Qeyd edək ki, bu ay Rusiya Maliyyə Nazirliyi neft və qazdan 195,4 milyard rubl gəlir əldə etmək niyyətindədir. İdarə fevralın 7-dən martın 6-dək valyuta alışına 73,2 milyon rubl ayırmağı planlaşdırır.
Cəmilə