29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Qazaxıstan erməni kökənli jurnalisti hədələdi: Gəlməyəcək, gəlsə, qayıtmayacaq

22 yan 2024 12:00
GÜNDƏM
ads

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiarova teleaparıcı, jurnalist, prodüser, “Qazprom Media Holding”in baş direktorunun müavini, erməni kökənli Tina Kandelakinin açıqlamalarına Astananın reaksiyasını şərh edib.

Publika.az xəbər verir ki, o, Kandelakinin Qazaxıstana girməsinə icazə verilib-verilməyəcəyi ilə bağlı sualı cavablayıb.

“Əgər kimisə bəyənmirsənsə, onu evinə buraxmırsan. Biz də eyni şeyi edəcəyik. Lazım gələrsə, tədbirlər görüləcək. Bunu bu gün və ya sabah etməkdə israr etməyin. Dövlət bunu heç vaxt bağışlamır. O (Tina Kandelaki – red.) Qazaxıstana gəlməyəcək, gəlsə, getməyəcək”, - deyə “Tengrinews” Smadiyarovanın sözlərini sitat gətirib.

Xatırladaq ki, ötən gün Kandelaki özünün Telegram kanalında yazıb ki, Qazaxıstanda rus dili tədricən dövlət səviyyəsindən çıxarılır.

Postun yaradılmasına səbəb Qazaxıstanın bəzi dəmir yolu stansiyalarının, məsələn, Uralskın Oral, Uzenin Janaozen adlandırılması olub. Kandelaki bunu "şübhəli və təhlükəli qərar" adlandırıb.

Jurnalistin açıqlamaları Qazaxıstanda qəzəblə qarşılanıb, buna cavab olaraq Kandelaki bəzi təhqiramiz reaksiyalara yol verib.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur