Növbədənkənar parlament seçkilərinə 125 dairə üzrə 1048 nəfər namizəd olmaq üçün müraciət edib.
Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, 700 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib: "Onlardan 609 nəfər imza vərəqləri götürüb, 57 nəfər imza vərəqlərini geri qaytarıb. 16 nəfərin namizədliyi qeydə alınıb”.