İrəvanda keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 134-ə çatıb
Qütb.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar müxtəlif polis bölmələrinə aparılıb.
Qeyd edək ki, Ermənistanda radikal və revanşist qüvvələr keşiş Baqratın rəhbərliyi altında Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına qarşı və baş nazir Nikol Paşinyana qarşı aksiyalar təşkil ediblər.