Rusiyada tərəvəzlər qazın qiymətinə görə Avropadakından daha ucuzdur. Bu vəziyyət qitə üçün təhlükə yaradır.
Publika.az xəbər verir ki, bunu "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert RBC-yə müsahibəsində bildirib.
Dankvert qeyd edib ki, Rusiya hər il daha az xarici məhsul tədarükünə ehtiyac duyur, bu, öz istehsalının artması ilə bağlıdır.
O, həmçinin qeyd edib ki, Rusiya iqtisadi sanksiyalar paketinin tətbiqindən xeyli əvvəl ABŞ və Avropada istehsal olunan məhsullardan uzaqlaşmağa başladığından, son iki ildə idxalın həcmində ciddi dəyişikliklər baş verməyib: “Prinsipcə, heç nə dəyişməyib, biz buna hazır idik və başa düşdük ki, qərbli həmkarlarına və Adam Smitə güvənmək mümkün olmayacaq”.
Cəmilə