Ukrayna prezidenti Vladimir Zelenski ölkə Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Valeri Zalujnını vəzifəsindən getməyə dəvət edib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, Ukrayna lideri hərbçi ilə şəxsən görüşüb.
Bəzi məlumatlara görə, dövlət başçısı Zalujnını istefa ərizəsi yazmağa dəvət etsə də, bunun müqabilində tuta biləcəyi başqa mühüm vəzifə təklif etməyib.
Vurğulanır ki, Zalujni müvafiq sənədi imzalamaqdan imtina edib - mənbələr onun gələcəkdə də bunu etmək niyyətində olmadığını bildiriblər.
Bundan əlavə, respublika qanunvericiliyinə əsasən, prezidentin sərəncamı ilə ali baş komandanın vəzifəsindən azad edilməsi üçün müdafiə naziri Rüstəm Umerovun da təqdimatı zəruridir.
Tural