02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

İpoteka ilə bağlı SEVİNDİRİCİ XƏBƏR: borc tam ödənilmədikdə...

17 mar 2024 06:00
GÜNDƏM
ads

Bəzi hallarda ipoteka krediti borcu tam ödənilmədikdə belə əmlak vətəndaşa qalacaq. Bu, "İpoteka haqqında" qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Publika.az xəbər verir ki, dəyişikliyə əsasən, bank tərəfindən ipotekaya xitam verilərsə, bu halda əmlak ipoteka sahibinə - yəni vətəndaşa qalacaq.

Mövzunu şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov "Xəzər Xəbər"ə bildirib ki, hazırkı qanuna əsasən əmlak və ya mənzil ipotekanı verən qurumun, bankın və ya İpoteka və Kredit Zəmanət Fondunun sərəncamında qalır.

Digər dəyişikliklər isə ipotekada zamin məsələsi və varislərin hüquqlarının qorunmasıdır.

Təklif edilən dəyişikliyə əsasən bəzi hallarda varis ipoteka kreditini ödəməkdən imtia edə biləcək.

Vüqar Bayramov bildirib ki, ümumilikdə ipoteka kreditləşməsi üzrə edilən bütün dəyişikliklər pozitivdir və kredit götürən şəxslərin maraqlarının və hüquqlarının qorunmasına imkan verəcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, tərəflər bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda və ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur