Ümumilikdə "Exit-poll" a 5016 seçici cəlb olunub. Sorğunun nəticələrinə əsasən Fuad Əliyev 0, 4 faiz, İlham Əliyev 92,4 faiz, Qüdrət Həsənquliyev 1.6 faiz, Elşad Musayev 0,8 faiz, Fazil Mustafa 2.0 faiz, Razi Nurullayev 0,6 faiz, Zahid Oruc 2.2 faiz səs toplayıb"
Publika.az xəbər verir ki, bu sözləri Exit-poll Sosioloji Tədqiqatlar Mərkəzinin rəhbəri Natalya İsayeva ölkəmizdə baş tutan növbədənkənar prezident seçkilərinin nəticələrinə dair keçirilən mətbuat konfransında səslənib.
O bildirib ki, "Exit-poll" təsadüfi üsulla seçilmiş 25 məntəqədə, 125 seçki məntəqəsində keçirilib.