İsrail vasitəçilərin Qəzza zolağında atəşkəs təklifi ilə razılaşıb. Fələstinin radikal HƏMAS hərəkatı da təşəbbüsə müsbət cavab verib.
Publika.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsariyə istinadla məlumat yayıb.
"İsrail atəşkəs təklifi ilə razılaşdı və biz HƏMAS-dan ona ilkin müsbət reaksiya aldıq", - diplomat bildirib.
Bundan əvvəl HƏMAS-ın fələstinlilərin İsrail həbsxanalarından tədricən azad edilməsinə razı olduğu məlum olub. Bu yaxınlarda Parisdə keçirilən görüşdə razılıq əldə olunub. Təşəbbüsün birinci mərhələsində HƏMAS uzun müddətə azadlıqdan məhrum edilənlərin azadlığa buraxılmasını tələb etməyəcək.
Xatırladaq ki, HƏMAS və İsrail arasında münaqişə 2023-cü il oktyabrın 7-də Fələstinin radikal hərəkatının üzvləri Əl-Əqsa tufanı əməliyyatının başlandığını elan edərək qonşu dövlətin sərhəd bölgələrinə daxil olduqdan sonra alovlanıb.
Təl-Əviv rəsmi olaraq müharibə vəziyyətinə keçdiyini elan edərək cavab verib.
Qəzza zolağında münaqişənin şiddətlənməsinin başlanğıcından bəri çoxu uşaq olaqla, 25 mindən çox insan həlak olub.
Hüseyn İbadlı