Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İlham Əliyevi növbədənkənar prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, bunu Ş.Mişel "X" hesabında yazıb:
“Prezident İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik etdim və yeni mandatı üçün ən xoş arzularımı bildirdim”.
O vurğulayıb ki, danışıq çərçivəsində əlaqə və enerji məsələləri daxil olmaqla Avropa İttifaqı-Azərbaycan münasibətləri və əməkdaşlığı müzakirə olunub:
“Ermənistan və Azərbaycan arasında normallaşma ilə bağlı da əsaslı müzakirələr aparıldı”.