28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Şimpanzelərin insanlarla ortaq xüsusiyyətləri: Bir-biri ilə ünsiyyət qururlar, hətta...

24 iyl 2024 08:00
GÜNDƏM
ads

İnsanlar kimi, vəhşi şimpanzelər də danışır, bir-biri ilə ünsiyyət qururlar. Heyvanlar ilk növbədə jestlər, o cümlədən əl hərəkətləri və üz ifadələri vasitəsilə ünsiyyət qururlar.

Publika.az xəbər verir ki, onların söhbətlərini təfərrüatlı şəkildə tədqiq edən alimlər müəyyən ediblər ki, məlumat mübadiləsi zamanı şimpanzelər vaxtaşırı bir-birinin sözünü kəsirlər.

Araşdırmanın nəticələri “Current Biology” jurnalında dərc olunub. Primat ünsiyyətini öyrənən professor Kat Hobaiter izah edib ki, bu sürətli dönüş insan söhbətinin əlamətidir.

Professor Hobaiter və həmkarları vəhşi şimpanzelərin bir-biri ilə ünsiyyət qurmasına dair minlərlə nümunəni tədqiq edərək, heyvanların danışıq vaxtını təyin edə biliblər.

Şimpanzelər danışıq müddətində daha çox variasiya göstərirlər.

“Bu, şimpanzelərin təbii şəraitdə olması ilə əlaqədar ola bilər, ona görə də onlar daha geniş davranış diapazonu nümayiş etdirə biliblər – bəzən bir-birinin sözünü kəsir, bəzən isə cavab vermək üçün çox vaxt tələb olunurdu”, - deyə alim bildirib .

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur