04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

ATƏT Azərbaycanda parlament seçkilərinə müşahidəçilər missiyası göndərəcək

08 iyl 2024 16:00
GÜNDƏM
ads
Advertisement

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə müşahidəçilər missiyası göndərəcək.

Bu barədə Publika.az-a DTHİB-dən məlumat verilib.

“Biz 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət almışıq və müşahidəçilərin sayı, çox güman ki, fevralda keçirilən prezident seçkilərindəki ilə eyni olacaq. Dəqiq təfərrüat barədə danışmaq hələ tezdir”, - Bürodan bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur