Venesuelada 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Publik.az xəbər verir kiŞ, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) rəsmi saytında məlumat verilib .
Mütəxəssislərin sözlərinə görə, təbii fəlakət Sucre əyalətində baş verib. Yeraltı təkanların episentri Karupano şəhərindən 66 km şimal-şərqdə yerləşib. Bu qəsəbədə 167 minə yaxın insan yaşayır.
Zəlzələnin ocağı isə 98 km dərinlikdə yerləşib.
Hələlik itkilər barədə məlumat daxil olmayıb.
Hüseyn İbadlı