29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Hökümənin atası DANIŞDI: "Zəng edib dedilər ki..."

26 dek 2024 00:01
GÜNDƏM
ads
Advertisement

Təyyarə qəzasında həlak olduğu ehtimal edilən, ekipaj üzvlərindən biri Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə şəhər sakinidir.

QÜTB.AZ xəbər verir ki, H.Əliyevanın atası Cəlil Əliyev "Report"a açıqlama verib. O bildirib ki, Azərbaycan Hava Yollarından ona başsağlığı veriblər.

“Təyyarə qəzasında ekipaj üzvləri arasında olanlardan biri də mənim qızım Hökümə Əliyevadır. O, 2016-cı ildən orada çalışırdı. Azərbaycan Hava Yollarından mənə zəng edib dedilər ki, başınız sağ olsun! Başqa heç nə bilmirəm”, - C.Əliyev deyib.

H.Əliyevanın qardaşı Coşqun isə bacısının aqibəti ilə bağlı dəqiq məlumatı bilmək üçün Qazaxıstanda təyyarə qəzasında yaralanan şəxslərin aparıldığı xəstəxana ilə əlaqə saxlayıb:

"Bacımın fotosunu göndərdik ki, yaralıların içərisində olub-olmadığını dəqiqləşdirsinlər. Onlar da bildirdilər ki, ağır yanıq xəsarətləri alan, üzü tanımaz halda olan yaralılar var, bəlkə də onların içərisindədir. Lakin dəqiq heç nə demədilər. Qazaxıstanlı həkimlər bütün yaralılara istənilən tibbi yardımı göstərir".

Qeyd edək ki, Hökümə Əliyeva 1991-ci il təvəllüdlüdür, ailəlidir, övladı yoxdur.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur