İndoneziyada yeni paytaxta köçmə işləri başa çatmaq üzrədir. Köçməkdə səbəb indiki paytaxt Cakartanın təbii fəlakətlər və infrastruktur problemləri, o cümlədən qrunt sularından həddindən artıq istifadə ucbatından sürətlə batmasıdır.
Publika.az xəbər verir ki, prezident Coko Vidodo “Borneo” adasında Şərqi Kalimantan əyalətində Nusantara adlanan yeni paytaxtda tikilməkdə olan ərazilərə baxış keçirib.
İşlərin 80 faiz tamamlandığını bildirən Vidodo, gələn ay təmiz su da təchiz edildikdən sonra yeni ofisindən işə başlayacağını bildirib.
2019-cu ildə elan edilən, lakin Covid-19 epidemiyası səbəbindən təxirə salınan paytaxtın köçürülməsi planının bu il tamamlanacağı gözlənilir.
Roza