"Mançester Siti"nin hücumçusu Yulian Alvares karyerasını PSJ-də davam etdirə bilər.
Publika.az xəbər verir ki, insayder Fabritsio Romanonun sözlərinə görə, Paris klubu futbolçunun transferində son dərəcə maraqlıdır. Parislilər artıq "Mançester Siti"yə müraciət ediblər.
Futbolçunun özü də daha çox oyun vaxtı alacağı halda, transfer variantını nəzərdən keçirməyə hazırdır. "Mançester Siti" rəhbərliyi isə əksinə, 24 yaşlı forvardı heyətdə saxlamaqda maraqlıdır.
Alvaresin xidmətində "Atletiko" da maraqlıdır.
Qeyd edək ki, ötən mövsüm Alvares bütün yarışlarda 54 matçda iştirak edib, 19 qol vurub, 13 məhsuldar ötürmə edib.
Heybət