Livanın "Hizbullah" hərəkatı İsraillə qarşıdurmanın yeni mərhələsinə qədəm qoyub/
QÜTB.AZ xəbər verir ki, bu barədə hərəkatın baş katibinin müavini Naim Qassem bildirib. Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
O, yeni mərhələni “Açıq hesablar döyüşü” adlandırıb.
Xatırladaq ki, sentyabrın 22-də səhər saatlarında Livan İsrail ərazisinə 100-dən çox raket atıb .
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti vurğulayıb ki, səhər tezdən İsrailin şimalında işə başlayan sirenlərdən sonra Livandan İsrail ərazisinə uçan 85-ə yaxın mərmi aşkarlanıb. Mərmilərin bir hissəsi vurulub, düşmüş mərmilər də Kiryat Bialik, Tsur Şalom və Moreşet ərazilərində tapılıb. İsrailin yanğınsöndürmə və xilasetmə xidmətləri bölgədə başlayan çoxsaylı yanğınları söndürmək üçün çalışır.
Hüseyn İbadlı