24.11.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

İşsiz gənclər qurban seçildi - “Məndən xəbərsiz adıma 3 şirkət açılıb”

18 noy 2025 09:00
GÜNDƏM
ads

Bakıda işsiz gənclərin etibarından sui-istifadə edilərək, işə düzəltmək adı ilə adlarına şirkət açılıb. Nəticədə, onların külli miqdarda vergi borcu yaranıb.

Qutb.az-ın məlumatına görə, şikayətçi Teymuraz Abbasov deyir ki, onun adına 232 min manat vergi borcu var.

O, bundan bir il sonra ünvanına göndərilən məhkəmə qəbzi ilə xəbər tutub.

Zərərçəkmiş Nicat Hüseynov deyib ki, onun da adına şirkət açılıb və 99 min manat vergi borcu yaranıb.

Röyal Əzimov isə bildirib ki, onun adı 3 şirkət açılıb, nəticədə, 16 min 700 manat vergi borcu yaranıb və artmaqda davam edir.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, əksər hallarda vətəndaşlar müxtəlif yollarla aldadılır və etibarnamə alınmaqla, yaxud onlara məxsus elektron imzalardan istifadə edilməklə adlarına müxtəlif hüquqi şəxslər təsis edilir, qanunsuz əməliyyatlar aparılır və nəticədə, həmin hüquqi şəxslərin böyük məbləğlərdə vergi borcu yaranır.

Qeyd edək ki, məsələ hazırda məhkəmə müstəvisindədir.  

Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur