Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə özünün "X" səhifəsində paylaşım edib.
Publika.az xəbər verir ki, paylaşımda deyilir:
"Millətimizin və Novruz sevincini yaşayan coğrafiyamızdakı bütün qardaşlarımızın Novruz bayramını təbrik edirəm. Mərkəzi Asiyadan Balkanlara qədər geniş bir bölgədə yeni ümidlərlə qeyd olunan Novruzun xeyirli olacağına ümid edirəm".