07.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Kiyev-Tbilisi gərginliyi səngimir: Sibiqa vəkili də geri çağırdı

09 sen 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Ukraynanın yeni təyin olunmuş xarici işlər naziri Andrey Sibiqa Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırıldığını bəyan edib.

QÜTB.AZ “Gazeta.ru”-ya istinadən xəbər verir ki, orada səfirliyin fəaliyyətinə Mixail Xarışin rəhbərlik edib.

Sibiqa bunun səbəbini "müharibə şəraitində olan ölkədə diplomatiyanın reallıqlarından tam məlumatlı olmaması" kimi göstərib.

Nazir həmçinin Ukrayna səfirlərini və konsullarını mərkəzin göstərişlərini gözləməməyə və “proaktiv mövqe” tutmağa çağırıb.

Bu günlərdə hakim “Gürcü arzusu” partiyasının nümayəndələri bir sıra anti-Ukrayna bəyanatları ilə çıxış ediblər. Belə ki, ölkənin baş naziri İrakli Kobaxidze Kiyevi səfirinin Tbilisidən geri çağırılması ilə bağlı “qeyri-dost qərara” yenidən baxmağa çağırıb.

Bundan başqa, “Gürcü arzusu” Qərbin, Ukraynanın və gürcü müxalifətinin Gürcüstanı Rusiyaya qarşı müharibəyə cəlb etmək niyyətində olduğunu iddia edir, həmçinin Ukrayna sıralarında döyüşmüş resQutb.az vətəndaşlarının iştirakı ilə çevriliş hazırladığını bəyan edir.

Tural

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
136 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur