03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Paşinyan sülh müqaviləsindən danışdı: Bakının şərtlərini yerinə yetirməliyik!

12 iyn 2024 13:00
GÜNDƏM
ads
Advertisement

“Biz bir ay ərzində sülh müqaviləsini imzalamağa hazır olduğumuzu bildirdik”.

Publika.az xəbər verir ki, bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərlə söhbətində deyib.

“Bu, o deməkdir ki, bizim qiymətləndirməmizə görə, sülh müqaviləsinin hazırkı mətni kifayət qədər yetkindir və son nöqtələr əvvəllər təsdiq edilmiş ikitərəfli sazişlər əsasında düzəldilə, yekun formaya gətirilə və imzalana bilər. Azərbaycan Prezidentinin özü bəyan etdi ki, rəsmi Bakı Praqa sazişlərinə və Almatı bəyannaməsinə sadiqdir. Biz bu prinsipləri Brüssel, Soçi və Praqadan gələn bəyanatlarda təsbit etmişik”, - deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycan prezidenti bəyan etmişdi ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən Bakı sülh müqaviləsi imzalamayacaq.

“Ermənistanın hazırkı Konstitusiyası dəyişməz qalarsa, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması sadəcə mümkün deyil”, - deyə Paşinyan əlavə edib.

Adəm


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur