Rusiyaya səfər edən Hindistanın baş naziri Narendra Modi ABŞ-a ölkənin qlobal imkanları barədə mesaj göndərib.
Publika.az xəbər verir ki, bu barədə “Responsible Statecraft” nəşri yazıb.
Məqalədə qeyd olunduğu kimi, ABŞ dövlət katibinin müavini Kurt Kempbell Rusiya ilə münasibətlərin Hindistanın Amerika ilə texnoloji tərəfdaşlıq qurmaq yolunda maneəyə çevrildiyini bəyan edib.
Nəşr izah edir ki, buna görə də Modi Rusiyaya səfəri ilə ABŞ-a Vaşinqtonun təsirindən kənarda qlobal imkanların mövcudluğu barədə aydın mesaj göndərib.
“Putin açıq şəkildə belə bir mesaja etiraz etməyəcək”, - nəşr yekunlaşdırıb.
Cəmilə
Oxumağa davam et