"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo braziliyalı müğənni Luan Santanaya dəbdəbəli, bahalı hədiyyə edib.
Publika.az xəbər verir ki, bu barədə “Madeira Island” məölumat yayıb.
Luan Santana, Kriştiano Ronaldo tərəfindən anası - Dolores Aveyronun ad günündə çıxış etmək üçün dəvət edilib. Futbolçu təxminən 75 min avro dəyərində lüks “Rolex” saatını ona hədiyyə edib.
“Bunu etmə, yox. Allah xatirinə, dostum. Bilirsiniz ki, bu mənim ilk belə saatımdır, elə deyilmi? İlk “Rolex”im. Necə bir an! Özü də belə bir adamın əlindən”, – mənbə müğənninin sözlərini sitat gətirib.
Xatırladaq ki, Ronaldo 2023-cü ildə 54 qolla dünyanın bombardiri olub. Portuqaliyalıdan sonra 52 qol vuran Harri Keyn (“Bavariya”, Almaniya), eyni zamanda 52 qol vuran Kilian Mbappe (PSJ, Fransa) və 50 qol vuran Erlinq Haaland (“Mançester Siti”, İngiltərə) gəlir.