2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında milli komandaya rəhbərlik edəcək Argentina komandasının baş məşqçisi Xavyer Maskerano hücumçu Lionel Messi barədə danışıb.
Publika.az xəbər verir ki, o, superulduzu komandaya çağırmağa hazır olduğunu açıqlayıb.
“Mənim Messi ilə münasibətimi, onunla dostluğumu artıq hamı bilir. Onun kimi oyunçu Olimpiya Oyunlarında bizə kömək edə bilər. Aydındır ki, qərar ondan və öhdəliklərindən asılı olacaq”.