115 maddə üzrə maliyyə feyr-pleyi qaydalarının pozmaqda itthimal olunan "Mançester Siti" bağışlanmayacaq.
Publika.az xəbər verir ki, bu barədə "Talk Sport" məlumat yayıb.
Mənbə “şəhərlilər”in əminliklə Premyer Liqadan qovulacağını iddia edib. Çempionun mübarizədən kənarlaşdırılması misli görünməmiş bir presedent olsa da, "Siti"nin bəraət alcağına ümid qalmayıb. Çünki araşdırmaların ilkin mərhələsində çox sayda qayda pozuntusu sübuta yetirilib.
İngiltərənin digər aparıcı KİV-ləri hazırkı faktlarla Mançester təmsilçisini Premyer Liqadan uzaqlaşdırmağın mümkün olduğu qeyd olunub. Çempionat rəhbərliyi liqanın nüfuzunu xilas və digər klubların təzyiqi ilə üzləşməmək üçün araşdırmaların ilkin nəticəsi barədə məlumat verməyə hazırlaşır.
Bu, yeni iş həftəsində mümkün ola bilər. Belə olan halda "Mançester Siti"nin ilkin cəzası açıqlana bilər.
Heybət