06.04.25 | Bakı 13.03° C |
16:15:02
Lent :

Kamran Əliyev Binəqədidə baş verən yanğının səbəbindən danışdı

20 yan 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Bakının Binəqədi rayonunda baş verən yanğınla əlaqədar cinayət işi başlanıb, istintaq tədbirləri aparılır.

Publika.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yanğın zamanı 9 nəfər dünyasını dəyişib, yaralılar var: "Təəssüf hissi ilə ölən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. Onların müalicəsi istiqamətində bizim tibb orqanları tərəfindən tədbirlər həyata keçirilir".

Baş prokuror bildirib ki, cinayətin səbəbləri və məsul şəxslərlə bağlı hazırda bütün ekspertizalar təyin edilib: "Baş verən partlayış və yanğının səbəbi ilə bağlı bir neçə versiya var. Son nəticələr olan kimi təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi təmin ediləcək. Eyni qaydada Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı da məsuliyyətə cəlb olunanlar var. Bunun da səbəb və şəraiti ilə bağlı hazırda istintaq davam edir".


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur