Boşanmalara səbəb olan bəzi hadisələrlə bağlı eşitdiklərinizə inanmayacaqsınız. Həyat yoldaşının fikrini öyrənmədən bu hərəkəti edənlər çox peşman olacaqlar. Həm aliment ödəyəcəklər, həm də qəyyumluqdan məhrum olacaqlar.
Publika.az xəbər verir ki, “Hürriyet”də yer alan bu xəbər hər kəsin marağına səbəb olub.
Belə ki, Türkiyədə bir qadın ərinin məsuliyyətsizliyini, ona və uşağına baxmadığını, daim spirtli içki qəbul etdiyini və ondan soruşmadan maşını satdığını iddia edərək, boşanma iddiası qaldırıb. Bundan əlavə o, həyat yoldaşının kredit kartını götürərək övladına qəyyumluq, övladı üçün aliment və qızıl-zinət əşyaları tələb edib.
Ailə məhkəməsi təqsirləndirilən əri günahkar bilib və “evlilik birliyinin təməli sarsıldı” səbəbiylə cütlüyü boşayıb.
Məhkəmə uşağın qəyyumluğunu anaya verib, atanın uşağa görə aylıq 350 lirə, zinət əşyaları üçün isə qadına 20 min lirə ödəməli olduğuna qərar verib.
Bildirilib ki, kişi arvadına verdiyi vədlərə əməl etməyib. Qadının qızıl-zinət əşyalarını, avtomobilini ondan xəbərsiz başqalarına satıb və arvadının kredit kartlarından istifadə edərək borc pul götürüb.
Təqsirləndirilən ər yerli məhkəmənin bu qərarına etiraz edərək işi Ali Məhkəməyə verib. O, apellyasiya şikayətində sözügedən iddiaların həqiqətə uyğun olmadığını, evliliklərində maddi öhdəlikləri yerinə yetirməyən arvadının olduğunu iddia edib. Məhkəmə qərarının ləğv edilməsini istəyib.
Lakin Ali Apellyasiya Məhkəməsinin 2-ci Mülki Kollegiyası vəsatəti qiymətləndirərək yerli məhkəmənin qərarını təsdiq edib.
Qiymətləndirməni edən vəkil Türkiyə Mülki Məcəlləsində evlilikdən irəli gələn öhdəliklərin olduğunu bildirib:
"Ər-arvadın bir-birinə qarşı iqtisadi sədaqət öhdəliyi var. Həyat yoldaşınızla məsləhətləşmədən avtomobili satmaq iqtisadi zorakılıqdır. Bundan əlavə, yoldaşınıza xəbər vermədən avtomobili satmaq etibarı pozan bir davranışdır. Həm də qadının xəbəri olmadan maşını satmaq ona qarşı hörmətsizlikdir.
Həyat yoldaşları pul xərcləyərkən bir-birlərinin fikirlərini öyrənməlidirlər. Əks halda, hərəkətlər nikahda sülh və xoşbəxtliyi poza bilər və boşanma işində günah kimi qiymətləndiriləcək.
Bu səbəbdən evlilik güvəni kökündən sarsıldığı üçün boşanma davası açıla bilər. Bu vəziyyətdə qadının xeyrinə mənəvi təzminat verilə bilər".
Gülnar