29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

ETSN nümayəndəsi beynəlxalq konfransda iştirak edir

04 iyl 2024 10:00
GÜNDƏM
ads

Afrika İttifaqı Komissiyası, Birləşmiş Millətlər Təşkilatının Meşələr üzrə Forumu, Afrika Meşə Forumu və Konqo Respublikası Hökumətinin təşkilatçılığı ilə Konqonun Brazavil şəhərində Meşəsalma və Meşələrin Bərpası üzrə Beynəlxalq Konfrans öz işinə başlayıb.

Publika.az xəbər verir ki, beynəlxalq konfransın keçirilməsində məqsəd ağacəkmə və meşələrin bərpası fəaliyyətlərini dəstəkləmək üçün beynəlxalq əməkdaşlığa, maliyyə resurslarının artırılmasına, bu sahədə innovativ layihələrə çıxışın təmin edilməsinə nail olmaqdır.

Konfrans iştirakçıları iqlim dəyişikliyi ilə mübarizə kontekstində planetdə ağaclandırmanın əhəmiyyəti, biomüxtəlifliyin qorunması və ekosistem bütövlüyünün təmin edilməsi ətrafında müzakirələr aparacaq, bəşəriyyəti narahat edən ekoloji məsələlərdə beynəlxalq həmrəyliyin vacibliyi barədə fikir mübadiləsi edəcəklər.

İyul ayının 5-dək davam edəcək beynəlxalq konfransın panel müzakirələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, Nazirliyin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov ağaclandırma, yeni yaşıllıq sahələrinin salınması və meşə ilə örtülü ərazilərin artırılması istiqamətində ölkədə görülən işlərlə bağlı məlumat verib, iqlim dəyişmlərinin təsirlərinin azaldılması sahəsində yerinə yetirilən tədbirləri beynəlxalq ekspertlərin diqqətinə çatdırıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur