Papua Yeni Qvineyada polisin maaş mübahisəsi səbəbiylə tətilə çıxmasından sonra ölkədə vəziyyət gərginləşib.
Publika.az xəbər verir ki, polisin tətilə başlamasından sonra ölkədə etiraz aksiyaları zorakılığa çevrilib. Baş verən talan və yandırma hadisələri nəticəsində paytaxt Port Moresbidə 8, Lae şəhərində isə 7 nəfər həyatını itirib.
Yeni Qvineyanın baş naziri Ceyms Marape mətbuat konfransında bölgəyə gücləndirilmiş polis qrupları təyin edildikdən sonra paytaxtda gərginliyin azaldığını və asayişin bərpa olunduğu deyib.
ABŞ-ın paytaxtdakı səfirliyindən verilən açıqlamada isə polisin iş başında olduğu, lakin gərginliyin hələ də azalmadığı, ölkənin bəzi bölgələrində zorakılıq hadisələrinin davam etdiyi bildirilib.
Roza