“Barselona” FİFA-nın klubların müdafiəsi proqramına müraciət edəcək.
Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Qeyd olunub ki, Kataloniya klubunun müdafiəçisi Ronald Arauxo Amerika Kuboku çərçivəsində keçirilən Braziliya ilə matçda (0:0, 4:2 penaltilər) zədələndiyi üçün təxminən 4 aya yaxın müddətə sıradan çıxıb. “Barselona” ona görə təxminən 2,5 milyon avro təzminat alacaq.
Həmçinin 2024-cü il Avropa çempionatında Almaniya ilə matçda (2:1) yarımmüdafiəçi Pedrinin zədələnməsinə görə "Barsa" daha 700 min avro alacaq.
Qeyd edək ki, bu proqram oyunçular milli komandaların matçlarında zədələndikdə klublara təzminat almağa imkan verir.
Heybət