Türkiyəli məşhur pianoçu Türkün Yıldız və opera müğənnisi Engin Akbulutun toyu baş tutub.
Publika.az xəbər verir ki, mərasim iyulun 6-da Trabzonda keçirilib.
Gəlin salona gətirdiyi pianoda qonaqlar üçün mahnılar ifa edib. Bəy isə opera əsərləri və mahnı oxuyaraq onu müşayiət edib.
Toyda Ege və Qara dəniz bölgələrinin xalq rəqsləri də təqdim olunub, gəlinin anası Kadriye Yıldız saz çalıb, türkülər səsləndirib.