Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez AVRO-2024-ün 1/8 final mərhələsində Sloveniya ilə matçda penaltidən yararlana bilməyən Kriştiano Ronaldonu dəstəkləyib.
Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
“Kriştiano altı Avronu geridə qoyan yeganə oyunçudur, lakin o, özünü hələ də gənc hesab edir. Bu duyğular inanılmazdır. Kim olduğu üçün ona təşəkkür etmək istəyirəm", - Martinez deyib.
Xatırladaq ki, iyulun 1-də Portuqaliya yığması turnirin 1/8 finalında Sloveniya yığmasını məğlub edib. Əsas vaxt 0:0 hesabı ilə başa çatıb, Ronaldo penaltini qola çevirə bilməyib. Penaltilər seriyası 3:0 hesabı ilə başa çatıb.
Hüseyn İbadlı