29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Hamilələrin diqqətinə: Pəhrizinizə görə övladınızın xərçəng olma riski var

26 yan 2024 21:00
GÜNDƏM
ads

Anaları hamiləlik zamanı az protein qəbul edən uşaqlarda prostat xərçəngi riski daha yüksəkdir.

Publika.az xəbər verir ki, bu barədə Braziliyanın San-Paulo Dövlət Universitetinin (UNESP) alimləri xəbərdarlıq ediblər.

Onların sözlərinə görə, tədqiqatlar iki istiqamətdə aparılıb.

Bioinformatikadan istifadə etməklə aparılan tədqiqatlar zamanı gen ekspressiyasında hormonal disbalans və yüksək prostat xərçəngi riski ilə əlaqəli ola biləcək dəyişikliklər müəyyən edilib.

Bundan başqa alimlər siçanlar üzərində təcrübə aparıblar. Məlum olub ki, hamiləlik və laktasiya dövründə məhdud zülallı pəhrizlə nəslin prostat xərçəngi riskinin artması arasında əlaqə var.

Hər iki halda araşdırmalar göstərir ki, erkən inkişaf zamanı zəif proteinli pəhriz nəslin sağlamlığına və xəstəliklərin trayektoriyasına təsir göstərir.

Tədqiqat San-Paulo Araşdırma Vəqfi (FAPESP) tərəfindən dəstəklənib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur