Fransanın "Liberation" qəzetinin hazırladığı "Qəzzada Ramazan" adlı karikaturada, bir qadının ac olduğu üçün siçan qovalayan qəzzalı kişini "iftardan əvvəl olmaz" deyərək danladığı əks olunub.
Publika.az xəbər verir ki, Korin Reyin "Liberation" qəzeti üçün çəkdiyi karikaturada humanitar fəlakətin baş verdiyi Qəzzada Ramazan ayının necə başladığı göstərilib.
Karikaturada fələstinli qadının iftar vaxtına az qalmış sümükləri aparan siçanları tutmağa çalışan qəzəbli kişini dayandırması təsvir edilib. Həmçinn İsrail ordusunun bombaladığı binanın dağıntıları altında qalan şəxsin əli də əks olunub.
Sosial media istifadəçiləri hər gün onlarla uşağın öldüyü Qəzzada baş verən humanitar faciəni ələ salan karikaturanı sərt tənqid ediblər. Bəzi istifadəçilər karikaturanın “Fransada anti-İslamizm” nümunəsi olduğunu bildirsələr də, digərləri Qərbi ikiüzlülükdə ittiham edib. Ukrayna xalqı üçün heç vaxt analoji karikaturanın çəkilə bilməyəcəyi bildirilib.
Aysel Şahmar