28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Alimlər bir daha xəbərdarlıq etdi: Dünya daha da təhlükəli olacaq

30 yan 2024 14:00
GÜNDƏM
ads

İqlim dəyişikliyi güclü yağış və qar yağması ehtimalını iki dəfə artırıb. Bütün dünyada ekstremal hava şəraiti güclənməyə davam edəcək.

Publika.az xəbər verir ki, Ümumdünya Hava Atributunun (WWA) bir hissəsi olan İngiltərə, Niderland, ABŞ, Almaniya və İsveçrənin universitet və institutlarında çalışan 10 tədqiqatçı bir neçə ölkəni əhatə edən ərazidə 3 günlük orta yağıntı və küləyin maksimal sürətini araşdırıb. Tədqiqatçılar qlobal istiləşmənin təsiri altında olan iqlim şəraitini sənayedən əvvəlki dövr iqlimi ilə müqayisə edib.

Noyabrın 28-də Şərqi Avropaya çatan “Bettina” qasırğası Moldova, Bolqarıstan, Rumıniya və Ukraynaya güclü qar, Krım, Ukraynanın şərqi və Türkiyənin əksər ərazilərinə isə güclü yağışlar gətirib.

Fırtına zamanı əksəriyyəti ukraynalı olmaqla ən azı 23 nəfər həlak olub, 2,5 milyondan çox insanı əhatə edən elektrik enerjisi kəsilib, infrastrukturlar zədələnib və nəqliyyatda fasilələr yaranıb.

Tədqiqatçılar Rusiya-Ukrayna müharibəsinin “Bettina” qasırğasının təsirlərinin daha da şiddətlənməsində rol oynadığını düşünürlər. Münaqişələr səbəbi ilə köçkün düşmüş ukraynalıların bu vəziyyətdən təsirləndiyini, ən çox təsirlənənlərin isə yaşlılar, uşaqlar və əlillər olduğunu bildiriblər.

Təhlillərə görə, insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə davam etdikcə, Şərqi Avropada qış tufanlarından qaynaqlanan yağıntılar daha da intensivləşəcək.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur